SON XƏBƏRLƏR

İranda ikisi etirazçı olmaqla 7 məhbus edam edildi

2026.06.01, 09:29
İranda ikisi etirazçı olmaqla 7 məhbus edam edildi

Yanvar etirazları zamanı həbs edilən Mehrdad Məhəmmədiniya və Əşkan Maleki adlı iki nəfər edam edilib.

Gunaz.tv

Bu barədə İran məhkəməsinin "Mizan" saytı məlumat yayıb.

Aksiyalar zamanı Tehranın Gişa bölgəsində Cəfəri məscidinin yandırılmasında günahlandırılan müttəhimlərin edam hökmü bu gün səhər saatlarında həyata keçirilib.

Bununla yanaşı Şirazın Adilabad həbsxanasında da narkotik maddələrin alverində günahlandırılan 5 məhbus dar ağacından asılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar