SON XƏBƏRLƏR

Aİ: Pakistan İranla müharibənin yenidən qızışmasının qarşısını almağa kömək edib

2026.06.01, 14:54
Aİ: Pakistan İranla müharibənin yenidən qızışmasının qarşısını almağa kömək edib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Pakistanın ABŞ və İran arasında vasitəçilik səyləri tammiqyaslı müharibənin yenidən alovlanmasının qarşısını almağa kömək etdiyini bildirib.

Gunaz.tv

Pakistanda çıxış edən Kallas İslamabadın diplomatik təşəbbüslərinin Avropanın hər yerində tanındığını və yüksək qiymətləndirildiyini qeyd edib.

Onun sözlərinə görə, Pakistanın dəstəyi atəşkəsin uzadılması və Hörmüz boğazının yenidən açılması üçün diplomatik imkanın yaranmasına kömək edib.

Kallas vurğulayıb ki, Vaşinqton və Tehran arasında əldə olunan hər hansı müvəqqəti anlaşma İranın nüvə ehtiyatları və digər mühüm məsələlər üzrə daha dərin danışıqlarla davam etdirilməlidir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar