SON XƏBƏRLƏR

Qaani: Babülməndəb boğazını da bağlayacağıq

2026.06.02, 05:35
Qaani: Babülməndəb boğazını da bağlayacağıq

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, SEPAH-ın terrorçu Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani xəbərdarlıq edib ki, İsrailin Livan və Qəzzaya hücumları davam edəcəyi təqdirdə, Babülməndəb boğazında gəmilərin hərəkət şəraiti Hörmüz boğazındakı vəziyyətə bənzər hala gələ bilər.

Qaani iddia edib: “ABŞ-ın dəstəyi ilə İsrailin atdığı addımlar müqavimət oxunun hər iki cəbhəni dəstəkləmək öhdəliyini daha da gücləndirəcək və Babülməndəb boğazında gəmilərin hərəkət vəziyyətinin Hörmüz boğazındakı şəraitə bənzər hala gətirilməsi istiqamətində addımların atılmasına səbəb olacaq.”

Qüds Qüvvələrinin komandanının açıqlamaları Babülməndəb boğazının dünyanın ən mühüm dəniz ticarəti marşrutlarından biri olduğu və beynəlxalq su yolundan böyük həcmdə enerji daşıyıcıları və malların keçdiyi bir vaxtda səsləndirilib.

İran illərdir ki, bölgədə gərginliyin artırılmasında özünə bağlı qruplardan və terror əməliyyatlarından istifadə edir. Bu isə beynəlxalq su yollarının təhlükəsizliyinə qarşı təhdidlərin müxtəlif ölkələrin SEPAH-a qarşı hərbi addımlar atmasına səbəb ola biləcəyi ilə bağlı narahatlıqları artırır.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar