SON XƏBƏRLƏR

94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan

2026.06.02, 23:39
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan

Xameneinin ölümündən 94 gün keçir, dəfn mərasimi hələ də planlaşdırılır.

Gunaz.tv

İran mediasının yaydığı məlumatlara görə, Tehran Bələdiyyəsinin sosial məsələlər üzrə müavini Məhəmmədəmin Tovəkkülizadə Əli Xameneinin dəfn və vida mərasimlərinin Qum, Məşhəd və Tehranda keçiriləcəyini bildirib.

Gunaz.tv xəbər verir ki, Tovəkkülizadənin sözlərinə görə, bu mərasimlərin keçirilməsi ilə bağlı hazırlıqlara başlanılıb və Tehran üçün 15–20 milyondan çox insanın iştirakı nəzərə alınır.

O, mərasimlərin dəqiq tarixini açıqlamayıb. Bununla belə, tədbirlərin ehtimal ki, Zilhiccə ayının sonu və Məhərrəm ayının əvvəllərində keçiriləcəyini deyib. Bu tarix təxminən iyunun sonu və iyulun əvvəlinə təsadüf edir.

İran mediasında yer alan məlumatlarda Əli Xameneinin 28 fevral tarixində (94 gün öncə) ABŞ və İsrailin birgə hücumları zamanı öldürüldüyü və hələ də dəfn edilmədiyi iddia olunur.

Tehran Bələdiyyəsinin rəsmisi əlavə edib ki, “vida mərasimi” üç gün davam edəcək, Tehrandakı mərasim isə 24 saat sürəcək.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar