SON XƏBƏRLƏR

İraqda hərbi bazalar hədəfə alınıb

2026.06.03, 07:59
İraqda hərbi bazalar hədəfə alınıb

Gunaz.tv

SEPAH-a yaxınlığı ilə tanınan Fars Xəbər Agentliyi İraq Kürdüstan Bölgəsində İrana müxalif kürd partiyalarının bazalarının hücuma məruz qaldığını iddia edib.

Gunaz TV-nin məlumatına görə, sözügedən media qurumu həmçinin Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında yerləşən ABŞ hərbi bazalarında hava həyəcan siqnallarının səsləndiyini bildirib.

Fars agentliyi atılan raketlərin sayı və növü ilə bağlı bəzi təfərrüatlar paylaşsa da, bu hücumların mənbəyini “naməlum” olaraq təqdim edib.

Bu məlumatlar ABŞ, İsrail və İran arasında baş vermiş 39 günlük müharibə zamanı bölgədəki ABŞ hərbi bazalarının İran tərəfindən hədəfə alındığı bir dövrdən sonra yenidən diqqət çəkib.


GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar