SON XƏBƏRLƏR

Küveyt: İranın hücumu nəticəsində bir nəfər ölüb

2026.06.03, 13:28
Küveyt: İranın hücumu nəticəsində bir nəfər ölüb

İran tərəfindən həyata keçirilən raket və pilotsuz uçuş aparatları hücumları nəticəsində Küveytdə bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Gunaz.tv

Hücumların mülki və həyati əhəmiyyətli obyektləri, o cümlədən Küveyt Beynəlxalq Hava Limanını hədəf aldığı qeyd olunub.

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, hücumlar səhər tezdən baş verib və diplomatik nümayəndəliklər də daxil olmaqla mühüm obyektlərə ziyan vurub.

Küveyt bu hücumları beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin açıq şəkildə pozulması kimi qiymətləndirib.

Nazirlik həmçinin bəyan edib ki, Küveyt beynəlxalq hüquq çərçivəsində müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar