SON XƏBƏRLƏR

Küveyt İranın iki diplomatını arzuolunmaz şəxs elan edib

2026.06.03, 17:17
Küveyt İranın iki diplomatını arzuolunmaz şəxs elan edib

Küveytin Müdafiə Nazirliyi bildirib ki, silahlı qüvvələri İrandan atılan 13 ballistik raket və 17 dronu zərəsizləşdirib və dağıntılar bir neçə yaşayış məntəqəsinin üzərinə düşüb.

Gunaz.tv

Nazirliyin sözçüsü polkovnik Səud Əbdüləziz Əl-Utaybi bildirib ki, "İranın bu cinayətkar təcavüzü nəticəsində Küveyt Beynəlxalq Hava Limanı da daxil olmaqla mülki və həyati əhəmiyyətli obyektlər hədəfə alınıb, nəticədə bir hindistanlı əcnəbinin ölümünə və bir neçə nəfərin yaralanmasına, eləcə də ciddi maddi ziyana səbəb olub".

Nazirlik mərhumun ailəsinə başsağlığı verib və yaralılara tezliklə sağalmalarını arzulayıb.

Xarici işlər nazirliyindən bildirilən xəbərə görə isə Küveyt İranın müvəqqəti işlər vəkilini çağırıb və iki iranlı diplomatı davam edən təcavüz səbəbindən arzuolunmaz şəxs elan edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar