SON XƏBƏRLƏR

Atəşkəs razılaşmasından sonra İsrailin Livanın cənubuna hücumları davam etdi

2026.06.04, 20:10
Atəşkəs razılaşmasından sonra İsrailin Livanın cənubuna hücumları davam etdi

Gunaz.tv

Gunaz TV-nin xəbərinə görə, İsrail və Livan arasında atəşkəsin uzadılması ilə bağlı razılaşmanın elan edilməsindən cəmi bir neçə saat sonra Livan mediası ölkənin cənub bölgələrinə yeni İsrail hücumları barədə məlumat yayıb.

Məlumatlara əsasən, İsrail ordusu Livanın cənubunda bir neçə nöqtəyə pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Eyni zamanda İsrailin müdafiə naziri Yisrael Katz bildirib ki, atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatlarını davam etdirəcək və yaradılmış təhlükəsizlik zonalarında qalacaq.

Katz həmçinin vurğulayıb ki, Hizbullah tərəfindən İsrailə qarşı hər hansı hücum olacağı təqdirdə, İsrailin Beyrutdakı hədəflərə zərbə endirmək üçün “hərəkət azadlığı” olacaq.

Digər tərəfdən, Livan prezidenti Jozef Aun əldə olunan razılaşmanı “son fürsət” adlandırıb və atəşkəsin növbəti 24 saat ərzində qüvvəyə minə biləcəyini deyib.

Livan, İsrail və ABŞ tərəfindən yayımlanan birgə bəyanata görə, atəşkəsin davam etməsi Hizbullahın bütün hücumlarını dayandırmasına və qruplaşma qüvvələrinin Litani çayının cənubundakı bölgələrdən çıxmasına bağlıdır. Həmçinin Livan ordusunun tam nəzarətində olacaq təhlükəsizlik zonalarının yaradılması nəzərdə tutulur.


GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar