SON XƏBƏRLƏR

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib

2026.06.05, 15:23
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Mariano Qrossi bildirib ki, Birləşmiş Ərəb Əmirliklərində yerləşən Baraka nüvə elektrik stansiyasına edilən dron hücumu nüvə təhlükəsizliyini ciddi şəkildə pozub və mülki nüvə obyektlərinə hücumların risklərini ortaya çıxarıb.

Gunaz.tv

Qrossi cümə günü Agentliyin İdarə Heyətinin iclasında etdiyi çıxışında bildirib ki, o, 17 mayda baş verən hücum nəticəsində yaranan ziyanı yerində yoxlayıb. Həmin hücum zamanı stansiyanın daxili təhlükəsizlik perimetrindən kənarda yerləşən elektrik generatoru vurulub və 3-cü enerji bloku müvəqqəti olaraq ehtiyat enerji sisteminə keçmək məcburiyyətində qalıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb və radiasiya sızması qeydə alınmayıb. BƏƏ rəsmiləri dron hücumunun İraqdan buraxıldığını bildirib.

Qrossi xəbərdarlıq edib, işlək vəziyyətdə olan nüvə reaktoruna birbaşa zərbə böyük miqyaslı radioaktiv sızmaya səbəb ola bilər və bu, yüzlərlə kilometr ərazini zəhərləyə bilər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar