SON XƏBƏRLƏR

Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb

2026.06.06, 11:38
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb

Bəhreyn Xarici İşlər Nazirliyi şənbə günü səhər saatlarında İran tərəfindən Bəhreyn və Küveyt istiqamətində atılan yeddi ballistik raket hücumunu pisləyib. Bildirilib ki, raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Gunaz.tv

Nazirliyin bəyanatında hücumlar Bəhreyn və Küveytin suverenliyinə, BMT Nizamnaməsinə və beynəlxalq normalara qarşı “kobud pozuntu” kimi qiymətləndirilib, həmçinin Ərəb körfəzi regionunda təhlükəsizlik və sabitliyə təhdid olduğu vurğulanıb.

“Raketlər və pilotsuz uçuş aparatları ilə təhlükəsizlik qurulmur, minalar yerləşdirməklə sabitlik qorunmur”, – deyə Bəhreyn Xarici İşlər Nazirliyi bildirib.

Bəhreyn İranı hücumları dərhal dayandırmağa, sülh yoluna qayıtmağa, Hörmüz boğazını heç bir məhdudiyyət və ödəniş olmadan tam şəkildə açmağa, dəniz minalarının yerləşdiyi yerlər barədə məlumat verməyə və onların zərərsizləşdirilməsində əməkdaşlıq etməyə çağırıb.

Nazirlik həmçinin mülki gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün humanitar dəhlizin yaradılmasını və hazırda bölgədə ilişib qalmış 20 mindən çox dənizçinin təhlükəsiz şəkildə ailələrinin yanına qayıtmasına şərait yaradılmasını tələb edib.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar