SON XƏBƏRLƏR

İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib

2026.06.07, 12:00
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib

New York Times: İsrail İranla danışıqlarda iştirak edən amerikalı rəsmiləri dinləyir. Pentaqon İsraili ən yüksək təhlükə səviyyəsinə qaldırıb.

Gunaz.tv

Gunaz TV – New York Times qəzetinin məlumatına görə, İsrailin kəşfiyyat qurumları İranla aparılan danışıqlarda iştirak edən amerikalı rəsmiləri, o cümlədən Stiv Vitkoffu dinləyib.

Məlumata əsasən, ABŞ və İsrail ötən ilin 28 fevral tarixində birgə şəkildə İrana hücum edib. Amerika mediası bu hadisəni iki ölkə münasibətlərində “misilsiz” və “tarixi” hadisə kimi qiymətləndirib.

Bununla belə, İran və ABŞ arasında atəşkəsin əldə olunmasından və Donald Tramp administrasiyasının müharibəni sona çatdıracaq bir razılaşmaya nail olmaq cəhdlərindən sonra Vaşinqtonla Təl-Əviv arasında fikir ayrılıqlarının yarandığı bildirilir. Məlumatlara görə, Benyamin Netanyahu müharibənin İran hakimiyyəti dəyişənədək davam etməsini istəyir.

New York Times adları açıqlanmayan bir neçə rəsmiyə istinadən yazıb ki, İsrailin ABŞ hökumətinin İranla danışıqlardakı mövqeyini öyrənmək cəhdləri “adi sərhədləri aşıb”.

Qəzetin yazdığına görə, İsrailin kəşfiyyat qurumları Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffu, Pentaqonun yüksək səviyyəli siyasət rəsmisi Elbric Kolbini və onun müavinlərindən biri olan Maykl Di-Minonu dinləmə əməliyyatlarının hədəfinə çevirib.

Həmçinin məlumatda qeyd olunur ki, ABŞ Müdafiə Nazirliyi son həftələrdə İsraildən qaynaqlanan əks-kəşfiyyat təhlükəsinin səviyyəsini “yüksək” dərəcədən “kritik” səviyyəyə — ən yüksək xəbərdarlıq mərhələsinə qaldırıb.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar