SON XƏBƏRLƏR

Fələstin İranın hücumunu kəskin şəkildə pislədi

2026.06.07, 20:50
Fələstin İranın hücumunu kəskin şəkildə pislədi

Gunaz.tv

Gunaz TV – İran rejimi şənbə günü səhər saatlarında Küveyt və Bəhreyn istiqamətində yeddi ballistik raket atıb. Amerika mənbələrinin məlumatına görə, raketlərdən altısı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, yeddinci raket isə hədəfinə çatmayıb.

Fələstin Xarici İşlər Nazirliyi İranın Bəhreyn və Küveytə raket hücumunu kəskin şəkildə pisləyərək, bunu hər iki ölkənin milli suverenliyinin açıq şəkildə pozulması və Ərəb Körfəzi bölgəsinin təhlükəsizliyi və sabitliyi üçün təhdid kimi qiymətləndirib.

Nazirliyin yaydığı bəyanatda bildirilib ki, müstəqil dövlətlərə qarşı həyata keçirilən hücumlar beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə ziddir və bölgədə gərginliyin və qeyri-sabitliyin artmasına səbəb ola bilər.

Fələstin Xarici İşlər Nazirliyi Bəhreyn və Küveytlə həmrəy olduğunu vurğulayaraq, dövlətlərin suverenliyinə hörmət edilməsinin və bölgədə təhlükəsizliklə sabitliyin qorunmasının vacibliyini qeyd edib.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar