SON XƏBƏRLƏR

İranlı deputat Azərbaycanı təhdid edib: Azərbaycan 3-4 saata xəritədən silinər

2026.06.09, 21:54
İranlı deputat Azərbaycanı təhdid edib: Azərbaycan 3-4 saata xəritədən silinər

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd yenidən Azərbaycan əleyhinə açıqlama verib.

Gunaz.tv

O, “Tahririeh Plus” Yutub kanalındakı müsahibəsi zamanı Azərbaycanı hədələyib.

O qonşu ölkələri təhdid edib: "Biz Birləşmiş Ərəb Əmirliklərinə qarşı heç nə etmədik çünki bizə hücum etmədilər. Küveyti də bilirdik, Azərbaycanı da bilirik. Mən demək istəyirəm ki, bizim yanaşmamız və metodumuz tam rasionaldır. Amma əgər vurarıqsa elə  vurarıq, ayağa qalxa bilməzlər."

"Bakı nə olduğunu bilmir. Azərbaycan heç nədir, onlar 3-4 saat ərzində xəritədən silinə bilər." - deyə o Azərbaycanı təhdid edib.

Bundan başqa o, İran, Çin və Rusiya arasında birgə komandanlığın yaradılmasına çağırıb:

" Bizim təhlükəsizliyimiz, Rusiyanın təhlükəsizliyi, Rusiyanın təhlükəsizliyi, bizim təhlükəsizliyimiz, qarşılıqlı olaraq bizim təhlükəsizliyimiz, Çinin təhlükəsizliyi, Çinin təhlükəsizliyi, bizim təhlükəsizliyimiz."

Xatırladaq ki, Zöhrəvənd 2022-ci ildə dəAzərbaycanı təhdid etmiş və Ermənistanı İranın müttəfi adlandırmışdı:

"Azərbaycan dəhşətli fenomendir və bizim üçün potensial təhlükədir. Naxçıvan tamamilə İrana birləşdirilməlidir. Naxçıvan bizim üçün Axilles dabanıdır."


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar