SON XƏBƏRLƏR

BMT İranla bağlı xüsusi nümayəndəsini Vaşinqtona göndərdi

2026.06.10, 07:29
BMT İranla bağlı xüsusi nümayəndəsini Vaşinqtona göndərdi

Tehran və Vaşinqton arasında gərginliyin artdığı bir vaxtda diplomatik məsləhətləşmələr davam edir.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Birləşmiş Millətlər Təşkilatı ABŞ və İran arasında gərginliyin artması fonunda Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsini Vaşinqtona göndərib.

BMT-nin sözçüsü Fərhan Haq bildirib ki, BMT Baş katibinin xüsusi nümayəndəsi Jan Arno Vaşinqtonda ABŞ rəsmiləri və digər əlaqədar tərəflərlə görüşlər keçirəcək.

Onun sözlərinə görə, səfər regiondakı hadisələr və ABŞ-la İran arasında davam edən danışıqlarla bağlı aparılan məsləhətləşmələr çərçivəsində həyata keçirilir.

BMT bəyan edib ki, bu təmaslar regional sabitliyin dəstəklənməsi və qarşılıqlı təhlükəsizliyin gücləndirilməsi məqsədi daşıyır.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar