SON XƏBƏRLƏR

İran İraqın Ərbil şəhərinə hücum edib

2026.06.10, 08:18
İran İraqın Ərbil şəhərinə hücum edib

İrana müxalif kürd qruplarının mövqeləri hədəfə alınıb.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İraq mənbələri çərşənbə axşamı, 9 iyun tarixində Ərbil vilayətində bir neçə partlayış səsinin eşidildiyini bildiriblər. Mənbələrin məlumatına əsasən, bölgədə İrana müxalif kürd qruplarının mövqeləri hədəfə alınıb.

Eyni zamanda Reuters agentliyi təhlükəsizlik mənbələrinə istinadən xəbər verib ki, üç pilotsuz uçuş aparatı hücumu Ərbilin şimal-şərqində yerləşən, İrana müxalif kürd qruplarına məxsus düşərgəni hədəf alıb.

Bu hücumlar İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bazar günü də İraqın şimalındakı Süleymaniyyə bölgəsində bir qrupun “qərargahına” pilotsuz uçuş aparatı ilə zərbə endirdiyini açıqlamasından sonra baş verib.

Reuters daha əvvəl bildirmişdi ki, bazar günü Süleymaniyyə yaxınlığında iki pilotsuz uçuş aparatı hücumu həyata keçirilib. Məlumata görə, hücumlardan biri Kürdüstan Peşmərgə qüvvələrinin bazasını, digəri isə şəhərin qərbində yerləşən və İrana müxalif kürd qruplarının yerləşdiyi düşərgəni hədəfə alıb.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar