SON XƏBƏRLƏR

20-dən çox ölkə İranın təhlükəsizlik qurumlarının xaricdəki fəaliyyətlərini pisləyib

2026.06.10, 17:15
20-dən çox ölkə İranın təhlükəsizlik qurumlarının xaricdəki fəaliyyətlərini pisləyib

Qərb ölkələri Tehrandan təhdid və hücumları dərhal dayandırmağı tələb edib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Kanada və Avstraliya da daxil olmaqla 20-dən çox ölkə birgə bəyanat yayaraq İranın təhlükəsizlik və kəşfiyyat qurumlarının müxaliflərə, jurnalistlərə və yəhudi icmalarına qarşı Avropa, Şimali Amerika və Avstraliyada həyata keçirdiyi fəaliyyətləri pisləyib.

Bəyanatda SEPAH-ın Kəşfiyyat Təşkilatının, Qüds Qüvvələrinin və İran Kəşfiyyat Nazirliyinin hökumət əleyhdarlarına, jurnalistlərə, yəhudi və İsrail maraqlarına qarşı həyata keçirdiyi “ölümcül sui-qəsdlər və düşmən fəaliyyətləri” qınanılıb və Tehrandan bu addımları dərhal dayandırması tələb olunub.

Bəyanatı imzalayan ölkələr İranın təhlükəsizlik qurumları ilə beynəlxalq və yerli cinayətkar şəbəkələr arasında əlaqələrin mövcudluğuna da diqqət çəkərək, bu əməkdaşlığı narahatedici hal kimi qiymətləndiriblər.

Birgə bəyanatda vurğulanıb ki, başqa ölkələrin ərazisində insanlara qarşı qətl, adam oğurluğu, təhdid və hücum cəhdləri milli suverenliyi və beynəlxalq hüquq normalarını pozur və bu addımlar həmin ölkələrin birgə reaksiyası ilə qarşılaşacaq.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar