SON XƏBƏRLƏR

İran parlamentinin iclaslarının keçirilməsi mümkün deyil - Ali Milli Təhlükəsizlik Şurası

2026.06.11, 11:56
İran parlamentinin iclaslarının keçirilməsi mümkün deyil - Ali Milli Təhlükəsizlik Şurası

Parlamentin gizli və əyani iclaslarının keçirilməsi demək olar ki, qeyri-mümkündür.

Gunaz.tv

Bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının elanında bildirilib.

"Ölkənin şəraiti parlament iclaslarının əyani şəkildə keçirilməsi üçün əlverişli deyil və media parlamentin bağlanması barədə danışmamalıdır",- elanda qeyd olunub.

10 iyun tarixində yayımlanan elan "media menecerləri və redaktorlarına" ünvanlanıb, onlardan parlament iclaslarının keçirilməməsi ilə bağlı "bəzi qeyri-müəyyənlikləri həll etmək" üçün Ali Milli Təhlükəsizlik Şurasının izahatları barədə ictimaiyyəti məlumatlandırmaları istənilibb.

Elanda bildirilib ki, üçüncü müharibənin başlamasından sonra və mövcud təhlükəsizlik mülahizələri səbəbindən parlamentin açıq iclası adi formada keçirilməyib və şuranın fikrincə, bu məsələ bəzi şübhələr və mənfi hərəkətlər yaradıb.

İclasların əyani şəkildə keçirilməməsinin millət vəkillərinin təhlükəsizliyi ilə bağlı olduğu deyilib:

"Müharibə şəraitində nümayəndələrin bir dam altında toplaşması düşmənə sistemə ağır zərbə vurmaq üçün fürsət yarada bilər".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar