SON XƏBƏRLƏR

Azərbaycan milli hərəkatının fəalı Əli Babayi Təbriz Mərkəzi Həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılmağa davam edir

2026.06.11, 12:00
Azərbaycan milli hərəkatının fəalı Əli Babayi Təbriz Mərkəzi Həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılmağa davam edir

Azərbaycan milli hərəkatının fəalı Əli Babayi Təbriz Mərkəzi Həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılmağa davam edir.

Gunaz.tv

Əldə edilən məlumatlara əsasən o, keçən bazar ertəsi video bağlantı vasitəsilə müstəntiq qarşısına çıxaraq son müdafiə çıxışını təqdim edib.

Mənbələrin sözlərinə görə, yeni iş üzrə də ona qarşı “rejimə qarşı təbliğat” ittihamı irəli sürülüb. Əli Babayi müdafiə zamanı bildirib ki, onun hansı fəaliyyətlərinin bu ittihama əsas kimi götürüldüyü və həbs qərarının hansı dəlillərə söykəndiyi ona aydın deyil.

İstintaq iclaslarından nəql edilən ifadələrə görə, təhlükəsizlik əməkdaşları ondan fəaliyyətlərini dayandırmağı tələb ediblər, lakin o, əvvəllər yaydığı mövqe və yazılardan geri çəkilmədiyini, onları müdafiə etməyə davam etdiyini bildirib.

Məlumata görə, Əli Babayi həbs müddətində digər məhbusların yanında yer alaraq onların hüquqlarının müdafiəsində fəal rol oynayıb. Bu səbəbdən o, bir neçə dəfə həbsxananın mühafizə orqanları tərəfindən çağırılaraq dindirilib.

Əli Babayi artıq təxminən səkkiz aydır həbsdə saxlanılır.

 

Ş.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar