SON XƏBƏRLƏR

İordaniya İrandan atılmış 20 raketi məhv edib

2026.06.11, 12:47
İordaniya İrandan atılmış 20 raketi məhv edib

İordaniya Silahlı Qüvvələri İrandan krallıq ərazisi istiqamətində atılmış 20 raketi ələ keçirərək məhv edib.

Gunaz.tv

Bu barədə İordaniyanın dövlət televiziyası Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatına istinadən məlumat yayıb.

Rəsmi hərbi mənbənin məlumatına əsasən, İordaniya Kral Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemləri və təyyarələri bu gün İrandan Zərqa vilayətindəki Əzraq rayonu istiqamətində atılmış 20 raketi ələ keçirərək məhv edib.

Raket qalıqlarının yerə düşməsi insan tələfatına və maddi ziyana səbəb olmayıb.

"Ordunun mühəndis bölmələri partlayıcı maddələrin olmadığına əmin olmaq üçün raket qalıqlarını zərərsizləşdirib", - bəyanatda deyilib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar