SON XƏBƏRLƏR

Lindsi Qraham İranla əldə olunacaq razılaşdırmada zənginləşdirməyə imkan verilməməsi barədə xəbərdarlıq edib

2026.06.12, 20:17
Lindsi Qraham İranla əldə olunacaq razılaşdırmada zənginləşdirməyə imkan verilməməsi barədə xəbərdarlıq edib

Prezident Donald Trampın yaxın müttəfiqi olan senator Lindsi Qraham İranla mümkün razılaşma çərçivəsində nəzərdə tutulan 300 milyard dollarlıq yenidənqurma fondunu tənqid edərək bildirib ki, İslam Respublikası hakimiyyətdə olduğu müddətdə belə bir dəstək “vəziyyəti anlamamaq” olardı.

Gunaz.tv

Qraham X hesabında paylaşım edərək, Prezident Trampın İran mediasında mümkün razılaşmanın şərtləri ilə bağlı yayılan məlumatların yalan olduğunu deməsindən “çox məmnun” olduğunu bildirib və Tehran tərəfindən təsvir edilən razılaşmanı “dəhşətli” adlandırıb.

O, Trampı və ABŞ ordusunu hərbi zərbələr və blokada vasitəsilə İranı zəiflətməsinə görə tərifləyib, lakin vurğulayıb ki, hər hansı yeni razılaşma 2015-ci il nüvə sazişindən köklü şəkildə fərqlənməlidir.

Qrahamın sözlərinə görə, İrana yenidənqurma üçün vəsait ayrılması “nasistlər hələ hakimiyyətdə olarkən Almaniyaya Marşall Planı təklif etmək” kimi olardı və o, İran hökumətinə fayda verəcək hər hansı fondun hazırda yaxşı fikir olmadığını deyib.

Qraham əlavə edib ki, İranla bağlanacaq istənilən razılaşma Konqresin araşdırması və təsdiqi üçün təqdim edilməlidir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar