SON XƏBƏRLƏR

Şahbaz Şərif: ABŞ və İran sülh sazişinin mətnini yekun olaraq razılaşdırıblar

2026.06.12, 22:21
Şahbaz Şərif: ABŞ və İran sülh sazişinin mətnini yekun olaraq razılaşdırıblar

ABŞ və İran münaqişənin dayandırılmasına dair sazişin yekun mətnini razılaşdırıblar, rəsmi İslamabad isə hazırda onun imzalanması prosedurunu başa çatdırmaq üçün hər iki tərəflə sıx əməkdaşlıq edir.

Gunaz.tv

Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, İslamabadın fəal vasitəçilik səyləri fonunda sülh prosesinin pozulmasında maraqlı olan qüvvələr tərəfindən əsassız məlumatların yayılması davam edir:

"Bu cür cəhdlərə baxmayaraq, tərəflər sənədin yekun mətnini razılaşdıra biliblər. Əsassız məlumatlarla bağlı bütün səs-küyü bir kənara qoysaq, sülh sazişinin yekun razılaşdırılmış mətninin artıq hazır olduğunu təsdiqləyə bilərik. Hazırda Pakistan sonrakı addımlar üzərində hər iki tərəflə sıx işləyir".
 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar