SON XƏBƏRLƏR

İran Kənd təsərrüfatı sektorunun nümayəndəsi: Bahalaşmanın səbəbi müharibə deyil, pis idarəçilikdir

2026.06.14, 12:51
İran Kənd təsərrüfatı sektorunun nümayəndəsi: Bahalaşmanın səbəbi müharibə deyil, pis idarəçilikdir

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran Kənd Təsərrüfatı Peşəkarlar Palatasının rəhbəri Peyman Aləmi son bahalaşmanı müharibə ilə əlaqələndirən açıqlamaları rədd edib və inflyasiyanın əsas səbəbinin yanlış iqtisadi siyasətlər və idarəetmə problemləri olduğunu bildirib.

O deyib: “Açıq şəkildə deyirəm ki, bu inflyasiyaların heç birini müharibənin nəticəsi hesab etmirəm. Mən pis idarəçiliyi görürəm.”

Aləminin sözlərinə görə, əməkhaqqı və enerji xərclərinin artması, maliyyə çatışmazlığı və istehsalçıların dövriyyə vəsaiti problemi qiymətlərin yüksəlməsinə səbəb olub.

Bu açıqlamalar rəsmi statistikaların inflyasiyanın 70 faizi, ərzaq məhsullarının qiymət artımının isə 100 faizi keçdiyini göstərdiyi bir vaxtda səsləndirilib.

Peşə birliklərinin nümayəndələri hesab edirlər ki, əhalinin üzləşdiyi bahalaşmanın böyük hissəsi müharibədən deyil, iqtisadi siyasətlərdən və idarəetmədəki problemlərdən qaynaqlanır.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar