SON XƏBƏRLƏR

Tramp: İranla razılaşma bir neçə saat ərzində imzalanacaq

2026.06.14, 20:50
Tramp: İranla razılaşma bir neçə saat ərzində imzalanacaq

Tramp bildirib ki, İsrailin Beyruta hücumu razılaşmanın imzalanmasını bir neçə saat gecikdirib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İsrailin Beyruta son hücumunun İranla planlaşdırılan razılaşmanın imzalanmasını bir neçə saat təxirə saldığını, lakin prosesin davam etdiyini açıqlayıb.

Tramp Axios saytına telefonla verdiyi müsahibədə deyib: “Bu hadisə vəziyyəti qarışdırdı. Razılaşmanın imzalanmasını bir neçə saat gecikdirdi. Bu, artıq baş verməli idi. İndi isə bir neçə saat sonraya planlaşdırılıb.”

ABŞ prezidenti Fox News kanalına verdiyi digər açıqlamada isə İranla razılaşmanın qarşıdakı iki-üç saat ərzində elektron şəkildə imzalanacağını bildirib.

O əlavə edib ki, İsrailin Livanda Hizbullah mövqelərinə endirdiyi zərbələrə cavab olaraq İranın hər hansı cavab tədbiri görməməsini istəyəcək.

Tramp bundan əvvəl Truth Social platformasında İsrailin Beyrut ətrafına hücumunu tənqid edərək yazıb ki, bu hücum baş verməməli idi. O həmçinin bildirib ki, nə İsrail Livanda yeni hücumlar həyata keçirməli, nə də Hizbullah İsrailə qarşı hərəkətə keçməlidir.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar