SON XƏBƏRLƏR

İsrailli nazir: ABŞ-İran razılaşması İsrail üçün öhdəlik yaratmır

2026.06.15, 13:13
İsrailli nazir: ABŞ-İran razılaşması İsrail üçün öhdəlik yaratmır

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib ki, ABŞ Prezidenti Donald Trampın İranla əldə etdiyi razılaşma İsrail üçün öhdəlik yaratmır

Gunaz.tv

“Trampın razılaşmasının bizə dəxli yoxdur. İsrail ABŞ-a tabe deyil. Biz müstəqil və suveren ölkəyik”, – deyə o bildirib.

Ben-Qvir əlavə edib ki, İsrail bu razılaşmanın tərəfi deyil və o, sənədin İsrailin təhlükəsizliyini təmin etmədiyini bildirib.

“Biz təhlükəsizliyimizi təmin etməyən bu razılaşmanın tərəfdaşı deyilik. Döyüşçülərimizin [Livanda] nəzarətə götürdüyü heç bir ərazidən geri çəkilməməliyik”, – deyə o vurğulayıb.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar