SON XƏBƏRLƏR

ABŞ və İran arasında anlaşma memorandumu imzalandı

2026.06.15, 20:10
ABŞ və İran arasında anlaşma memorandumu imzalandı

ABŞ və İran arasında anlaşma memorandumu elektron şəkildə imzalanıb, razılaşmanın detalları yaxın günlərdə açıqlanacaq.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ hökumətinin bir rəsmisi İran və ABŞ arasında elektron memorandumun bazar günü İran tərəfdən Məhəmməd Bağır Qalibaf tərəfindən imzalandığını bildirib.

Məlumata əsasən, “İslamabad Memorandumu” adlandırılan sənəd ABŞ tərəfdən Prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vens tərəfindən imzalanıb.

ABŞ rəsmisi razılaşmanın təfərrüatlarının bir-iki gün ərzində ictimaiyyətə açıqlanacağını deyib.

Bundan əlavə, memorandumun rəsmi imzalanma mərasiminin gələn cümə günü İsveçrənin Cenevrə şəhərində keçirilməsi planlaşdırılır. Lakin İran tərəfdən mərasimdə kimin iştirak edəcəyi hələlik məlum deyil.

Bundan əvvəl İran mediası Məhəmməd Bağır Qalibafı ABŞ ilə aparılan danışıqlarda İran nümayəndə heyətinin rəhbəri kimi təqdim etmişdi.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar