SON XƏBƏRLƏR

Yəmən sahillərində tanker qumbaraatanla atəşə tutulub

2026.06.16, 10:19
Yəmən sahillərində tanker qumbaraatanla atəşə tutulub

Yəmən sahilləri yaxınlığında tankerə qumbaraatanla atəş açılıb.

Gunaz.tv

Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

“UKMTO Yəmənin Ədən şəhərindən 11 dəniz mili cənub-şərqdə insident barədə məlumat alıb. Bildirilib ki, içərisində dörd silahlı şəxsin olduğu kiçik motorlu qayıq tankerə yaxınlaşıb və gəmiyə reaktiv tank əleyhinə qumbaraatandan atəş açıb”, - deyə məlumatda qeyd olunub.

Hadisənin detalları açıqlanmayıb. Bölgədəki bütün gəmilərə ehtiyatlı olmaq tövsiyə edilib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar