SON XƏBƏRLƏR

ABŞ–İran danışıqları Cümə günü İsveçrədə bərpa olunacaq – Araqçi

2026.06.16, 12:12
ABŞ–İran danışıqları Cümə günü İsveçrədə bərpa olunacaq – Araqçi

Abbas Araqçi İran və ABŞ arasında yeni danışıqlar raundunun cümə günü İsveçrədə başlayacağını bildirib.

Gunaz.tv

Abbas Əraqçinin sözlərinə görə, İran Livanı razılaşmanın bir hissəsi hesab edir və Livanda əməliyyatların davam etməsini memorondumun pozulması kimi qiymətləndirəcək.

“Burada vurğulamaq istədiyim vacib məqam odur ki, bizim baxışımıza görə, bu anlaşma memorandumunun iki tərəfi var: bir tərəfdə ABŞ və İsrail, digər tərəfdə isə İran və Hizbullah,” – o deyib.

Araqçi bildirib ki, ABŞ ilə danışıqlar müharibənin dayandırılması, Hörmüz boğazı, dəniz blokadası və yenidənqurma məsələlərinə fokuslanan birinci mərhələ memorandumuna uyğun aparılacaq.

O əlavə edib ki, danışıqların növbəti mərhələsi 60 gün davam edəcək və İranın nüvə proqramı ilə sanksiyaların yumşaldılması məsələlərini əhatə edəcək.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar