SON XƏBƏRLƏR

Xarici mediaya müsahibə verən iranlılar təqib olunur

2026.06.16, 12:49
Xarici mediaya müsahibə verən iranlılar təqib olunur

Xüsusən son müharibənin başlamasından sonra xarici medialara müsahibə verən İran vətəndaşları təqib olunur.

Gunaz.tv

Bu barədə yerli mənbələr insan haqları təşkilatlarına istinadən məlumat yayıb.

Bu zəmində onlarla şəxsin təhlükəsizlik və məhkəmə orqanlarına çağırıldığı, onların bir neçəsinə qarşı cinayət işi açıldığı bildirilib.

Barələrində ittiham irəli sürülən bir neçə nəfər "İsrailə casusluq" və "düşmən dövlətlərlə əməkdaşlıq"da günahlandırılıb.

Qeyd olunub ki, həmin şəxslərin əksəriyyəti müharibə və onun fəsadları, vətəndaşların məişət problemlərinin artması barədə açıqlamalarına görə cəzalandırılıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar