SON XƏBƏRLƏR

Neftin qiyməti son üç ayın ən aşağı səviyyəsinə düşdü

2026.06.16, 22:15
Neftin qiyməti son üç ayın ən aşağı səviyyəsinə düşdü

Gunaz.tv

İranla mümkün razılaşmaya dair ümidlərin artması və bölgədə gərginliyin azalması neft qiymətlərinin son üç ayın ən aşağı səviyyəsinə enməsinə səbəb olub.

Gunaz TV-nin məlumatına görə, çərşənbə axşamı neftin qiyməti daha 4 faizə yaxın ucuzlaşıb və son üç ayın ən aşağı səviyyəsinə düşüb.

Brent markalı neftin qiyməti 3,8 faiz azalaraq bir barel üçün təxminən 80 dollara enib. ABŞ xam nefti isə 4 faizdən çox ucuzlaşaraq bir barel üçün təxminən 77 dollara düşüb.

Qiymətlərdəki bu geriləmə bazarların Hörmüz boğazı vasitəsilə neft ixracının tam bərpa olunacağı ehtimalını və İranla ABŞ arasında aparılan danışıqlarda əldə olunan irəliləyişi müsbət qarşılamasından sonra baş verib.

Neftin qiyməti bazar ertəsi günü də təxminən 5 faiz aşağı düşmüşdü. Buna səbəb Donald Trampın İranla müharibənin başa çatdırılması istiqamətində ilkin razılaşmanın əldə olunduğunu açıqlaması olmuşdu.

Eyni zamanda İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran və ABŞ arasında yekun razılaşmanın əldə olunması məqsədilə yeni danışıqlar mərhələsi cümə günü İsveçrədə başlayacaq.

 


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar