Sənədə görə, uranın İran daxilində “seyrəldilməsi” (down blending) geri çevrilə bilən prosesdir və Tehranın sonradan yenidən zənginləşdirilə biləcək materiala çıxışını saxlamasına imkan verər.
Hesabatda qeyd olunur ki, hətta uranın aşağı zənginləşdirmə səviyyəsinə qədər seyrəldilməsi belə İranın qısa müddətdə yüksək zənginləşdirilmiş material əldə etmək potensialını qoruyub saxlayacaq və materialın gizlədilməsi və ya ələ keçirilməsi riskini aradan qaldırmayacaq.
Sənəddə əlavə olunur ki, ən təhlükəsiz variantlar ya materialın dərhal məhv edilməsi, ya da onun nəzarətli şəkildə saxlanılması və məhdud mülki məqsədlər üçün istifadəsi məqsədilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) yanacaq bankına, məsələn, Qazaxıstanda yerləşən anbara ixrac edilməsidir.
C