SON XƏBƏRLƏR

Müdafiə naziri: Ukrayna dronları Krımı adaya çevirəcək

2026.06.17, 16:59
Müdafiə naziri: Ukrayna dronları Krımı adaya çevirəcək

Hazırda Ukrayna dronları Krımı bloklayır. Buna görə Krım yaxın gələcəkdə adaya çevrilə bilər.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fedorov “Pressing” YouTube kanalına müsahibəsində bildirib.

“Əslində Krımın dronların köməyi ilə təcrid olunması baş verir. Və yaxın gələcəkdə, görünür, Krım adaya çevriləcək”, - Fedorov deyib.

Onun sözlərinə görə, bu, ruslar üçün çox gözlənilməz nəticələrə səbəb ola bilər.

Nazir Ukraynanın Krımla bağlı gələcək planları barədə daha ətraflı məlumat verməyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar