SON XƏBƏRLƏR

The Jerusalem Post: İran rejimi niyə yox edilməlidir?!

2026.06.17, 23:21
The Jerusalem Post: İran rejimi niyə yox edilməlidir?!

"The Jerusalem Post"da dərc olunan rəy yazısında İslam Respublikası ilə aparılan danışıqların uğursuz olduğu və rejim dəyişikliyinin İran xalqının və Qərb ölkələrinin təhlükəsizliyini təmin edə biləcək yeganə həll yolu olduğu irəli sürülür.

Gunaz.tv

Məqalədə Tehranın siyasəti və ideologiyasının mənalı islahatları mümkünsüz etdiyi və heç bir razılaşmanın rejimin davranışını dəyişməyəcəyi bildirilir. Məqalədə qeyd olunur ki, İslam Respublikası öz vətəndaşlarının rifahından daha çox ideoloji məqsədlərə və regional proksi qruplara üstünlük verir və İranın etnik qruplarının “öz azadlıqlarına sahib olması” lazım gəldiyi vurğulanır.

Həmçinin diplomatiya yolu ilə rejimin dəyişəcəyinə dair ümidlərin yanlış olduğu və Tehranın razılaşmalardan vaxt qazanmaq üçün istifadə edəcəyi qeyd olunur.

Güney azərbaycanlı fəal Aslan Sultanın sözlərinə istinad edilərək bildirilir ki, İran rejimi İsrail və ABŞ ilə son qarşıdurmalardan sonra son onilliklərin ən zəif vəziyyətindədir. O, hakimiyyətin əhali arasında legitimliyini itirdiyini və bir çox iranlının azadlıq istədiyini qeyd edib.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri və Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin idarə heyətinin üzvü Sadiq İsabəyli İslam Respublikasını ideoloji təməllər və regional proksi şəbəkələri üzərində qurulmuş bir dövlət kimi xarakterizə edib. O bildirib ki, Tehran Livan, İraq, Yəmən və digər ölkələrdəki qruplardan öz təsirini genişləndirmək və qonşu dövlətlərin təhlükəsizliyini zəiflətmək üçün istifadə edir.

Məqaləyə görə, İran probleminin həlli yalnız ölkənin nüvə proqramının məhdudlaşdırılması ilə kifayətlənməməli, həm də mövcud hakimiyyət sisteminin ləğvini əhatə etməlidir.

 

Müəllif: Reyçel Avraham

Qaynaq: https://www.jpost.com/opinion/article-899438

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar