SON XƏBƏRLƏR

Tramp memorandumun imzalanmasından sonra neftin ucuzlaşdığını bildirib

2026.06.18, 09:56
Tramp memorandumun imzalanmasından sonra neftin ucuzlaşdığını bildirib

ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasından sonra neftin qiymətinin aşağı düşdüyünü bəyan edib.

Gunaz.tv

Tramp sənədi imzaladıqdan sonra jurnalistlərə qısa açıqlamasında “Neft ucuzlaşır” deyib.

Ağ Evin aparat rəhbərinin müavini Den Skavinonun paylaşdığı videogörüntülərə əsasən, memorandum ABŞ dövlət katibi Marko Rubio tərəfindən Trampa təqdim olunub. ABŞ Prezidenti sənədi Marko Rubio, Fransa Prezidenti Emmanuel Makron və digər rəsmilərin iştirakı ilə imzalayıb.

Den Skavino bildirib ki, “Prezident Tramp dövlət katibi Rubiodan sənədi aldıqdan sonra qarşılıqlı anlaşma memorandumunu imzalayıb”.

Onun sözlərinə görə, sənəd Versal sarayında Emmanuel Makronun təşkil etdiyi şam yeməyindən əvvəl imzalanıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar