SON XƏBƏRLƏR

İranda müğənniyə şallaq cəzası verilib

2026.06.18, 10:50
İranda müğənniyə şallaq cəzası verilib

İran hakimiyyəti müğənni Pərəstu Əhmədini, onun təşkil etdiyi “Karvansara” adlı virtual konsertin səkkiz iştirakçısını və musiqiçilərini 74 şallaq zərbəsi, iki il ölkədən çıxış qadağası və iki il sənət fəaliyyətindən məhrumetmə cəzasına məhkum edib.

Gunaz.tv

Qum vilayətinin Cinayət Məhkəməsi təqsirləndirilən şəxsləri “virtual məkanda əxlaqa zidd və qeyri-etik məzmun hazırlayıb yaymaqla ictimai iffəti zədələmək”də ittiham edib və hökmü bu ittiham əsasında çıxarıb.

“Karvansara konserti”nin videosu 2024-cü ilin dekabrında Pərəstu Əhmədinin YouTube kanalında yayımlanmış və sosial şəbəkələrdə geniş rezonans doğurmuşdu. O, bu “virtual konsert” zamanı tarixi Deyr Gəçin karvansarasında hicab olmadan çıxış etməsi ilə diqqət çəkmişdi.

İran İslam Respublikası hakimiyyəti uzun illərdir ki, “ictimai iffət” və onun “zədələnməsi” kimi qeyri-müəyyən anlayışlardan istifadə edərək cəmiyyətin müxtəlif təbəqələrinə qarşı repressiyalar həyata keçirir.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar