SON XƏBƏRLƏR

Kirman əyalətində polis şiddəti nəticəsində 7 bəluc qadın yaralanıb

2026.06.18, 12:08
Kirman əyalətində polis şiddəti nəticəsində 7 bəluc qadın yaralanıb

İranın Kirman əyalətinin Faryab rayonuna bağlı Pəşmuki kəndində sakinlərin etiraz aksiyasına İran polis qüvvələrinin hücumu nəticəsində azı 7 bəluc qadın yaralanıb, 6 bəluc vətəndaş, o cümlədən 3 qadın saxlanılıb.

Gunaz.tv

Etiraz eyləmi çərşənbə günü, 17 iyun tarixində keçirilib. Etirazlar Pəşmuki xromit mədəninin istismarı ilə bağlı yaranmış narazılığa görə ikinci gün ardıcıl olaraq təşkil olunub.

Etirazçılar bildirirlər ki, regionun mühüm iqtisadi resurslarından biri olan bu mədən yerli əhalinin hüquq və maraqları nəzərə alınmadan nüfuzlu şəxslərə və qruplara verilib, yerli sakinlər isə həm məşğulluq, həm də iqtisadi faydadan məhrum edilib.

Şivarnews-un məlumatına görə, hadisə yerində olan qüvvələr xüsusilə qadın etirazçılara qarşı zorakılıq göstərib, onları döyüblər. Yayılmış görüntülər də bir neçə qadın etirazçının fiziki zorakılığa, təhqirə və hörmətsiz rəftara məruz qaldığını göstərir.

Məlumata əsasən, bu toqquşmalar nəticəsində azı 7 bəluc qadın yaralanıb, 6 vətəndaş — o cümlədən 3 qadın — saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar