SON XƏBƏRLƏR

Qoşaçay Qeydiyyatı İdarəsi 7 aydın "Elman" adına doğum şəhadətnaməsi vermir

2026.06.19, 12:12
Qoşaçay Qeydiyyatı İdarəsi  7 aydın "Elman" adına doğum şəhadətnaməsi vermir

Qoşaçay rayonunun (Qərbi Azərbaycan) Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi artıq 7 aydır ki, “Elman” adına doğum şəhadətnaməsi verməkdən imtina edir.

Gunaz.tv

Məhkəmənin birinci instansiya qərarı ailənin xeyrinə olsa da, idarə rəisi uşağın valideynlərinə bu adın qeydiyyatına heç vaxt icazə verməyəcəyini bildirib.

Uşağın əmisi Əli Yusifi Balamın Adı kampaniyasına bildirib ki, qardaşı oğlu 3 noyabr 2025-ci ildə doğulub və valideynləri ona “Elman” adını veriblər. Lakin Qoşaçay qeydiyyat orqanı adın “həmzəli yazılışı” və “sistemdə olmaması” səbəbilə qeydiyyatın mümkün olmadığını bildirərək, yalnız “Əlman” və ya “İlman” formasında yazıla biləcəyini deyib.

Ailə isə bu yazılışların fərqli mənalar daşıdığını və “Elman” adı ilə eyni olmadığını əsas gətirərək məhkəməyə müraciət edib. Qoşaçay Sülh Məhkəməsinin üçüncü şöbəsi isə “uşağa ad vermək valideynlərin hüququdur və Elman adı geniş istifadə olunan addır” qənaətinə gələrək qeydiyyat idarəsinə ada doğum şəhadətnamə verməyi tapşırıb.

Buna baxmayaraq, Qeydiyyat İdarəsi məhkəmə qərarını icra etmək əvəzinə ona etiraz edib və idarə rəisi valideynlərə “bu adın qeydiyyatına heç vaxt icazə verməyəcəyəm” deyib.

Etirazdan sonra iş Urmiya Apellyasiya Məhkəməsinə göndərilib. Məhkəmə işi yenidən Quşaçay Sülh Məhkəməsinin 5-ci şöbəsinə qaytarıb və bu dəfə əvvəlki qərarın əksinə olaraq ailənin ziyanına hökm çıxarılıb. Valideynlər isə hüquqlarını qorumaq üçün İnzibati Ədalət Məhkəməsinə müraciət ediblər.

İdarənin bu maneələri səbəbindən ailə uşaq üçün vaxtında peyvənd, tibbi sığorta, uşaq müavinəti, süd payı, sosial yardımlar və digər hüquqi xidmətlərdən istifadə etməkdə ciddi problemlərlə üzləşib. Halbuki, qeydiyyat orqanının əvvəlki illərdə eyni adla bir çox şəxsin doğum şəhadətnaməsini təsdiqlədiyi bildirilir.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar