SON XƏBƏRLƏR

SEPAH qüvvələri 15 yaşlı bəlucu öldürdü 

2026.06.19, 16:06
SEPAH qüvvələri 15 yaşlı bəlucu öldürdü 

İranın Sistan və Bəlucistan əyalətinin Səravan şəhərində SEPAH üzvləri 15 yaşlı Fərzad Mollazehi adlı yeniyetməyə atəş açıblar.

Gunaz.tv

Bu barədə Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Məlumata görə, hadisə iyunun 17-i axşam saatlarında şəhərin İranmehr xəstəxanasının qarşısında baş verib.

"SEPAH qüvvələri yeniyetmənin xəstəxanaya çatdırılmasına icazı vermədiklərinə görə, o bir müddət sonra hadisə yerində həyatını itirib",- məlumatda bildirilib.

SEPAH üzvlərinin əvvəlcədən xəbərdarlıq etmədən atəş açdıqları bildirilsə də, hadisənin səbəbləri barədə açıqlama verilməyib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar