SON XƏBƏRLƏR

Tramp: İrana 10 sent də verilməyəcək

2026.06.19, 18:13
Tramp: İrana 10 sent də verilməyəcək

Tramp: İran zəif mövqedən danışıqlara getdi; heç bir pul almayacaq.

Gunaz.tv

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşdığı mesajda İranın Vaşinqtonla danışıqlara zəif mövqedən başladığını və bu danışıqlar zamanı ABŞ-dan heç bir maliyyə vəsaiti almayacağını bildirib.

Tramp yazıb: “Biz çarəsizlikdən danışıqlara getmədik; bunu edən İran idi. Onlar bitiblər.”

O, həmçinin İran və ABŞ arasında əldə olunmuş anlaşmanın 60 günlük müddətinin sonunadək izlənəcəyini vurğulayaraq bildirib ki, “Onlara heç bir pul verilməyəcək; hətta 10 sent belə.”

ABŞ Prezidenti başqa bir paylaşımında müharibənin İranı ciddi şəkildə zəiflətdiyini iddia edib və İranın hava, dəniz, hava hücumundan müdafiə qüvvələri və radar şəbəkəsinin böyük hissəsinin məhv edildiyi barədə əvvəlki açıqlamalarını təkrarlayıb.

Tramp Demokratlar Partiyasının nümayəndələrini də tənqid edərək yazıb: “Bəziləri nə qədər axmaq ola bilər?” O, bununla İranın dörd ay əvvəlkindən daha yaxşı vəziyyətdə olduğunu iddia edən siyasətçilərə işarə edib.

Tramp daha əvvəl də İranla razılaşmanı tənqid edənləri “qısqanc və ya axmaq” adlandırmışdı. Bununla yanaşı, Respublikaçılar Partiyasının bəzi üzvləri də ABŞ ilə İran arasında əldə olunan anlaşmanın məzmununu tənqid ediblər.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar