O bildirib ki, məhbusların dediyinə görə, çox sayda insan edam hökmünün icrasını gözləyir. Əlavə edib ki, “İran xalqının əksəriyyəti” son edamların siyasi xarakter daşıdığı qənaətindədir, hətta onlar narkotik cinayətləri kimi ittihamlarla həyata keçirilsə belə.
Mövləvi Əbdülhəmid daha sonra “korrupsiyalaşmış, bacarıqsız və radikal” rəhbərlərin kənarlaşdırılmasını, onların yerinə isə “bacarıqlı və vicdanlı” şəxslərin təyin olunmasını istəyib.
O həmçinin vurğulayıb ki, etnik qruplar və məzhəblər arasında ədalətin təmin edilməsi, qadınların hüquqlarına riayət olunması, vətəndaş azadlıqlarının təmin edilməsi və daxili və xarici siyasətin xalqın maraqları istiqamətində islah olunması “abad və yaxşı İran” qurmaq üçün zəruridir.
Ş.A