SON XƏBƏRLƏR

İran və ABŞ ilk olaraq Hizbullahı müzakirə edəcək

2026.06.21, 10:34
İran və ABŞ ilk olaraq Hizbullahı müzakirə edəcək

CBS: İsrail-Hizbullah qarşıdurması İran-ABŞ danışıqlarının gündəminə daxil edilib.

Gunaz.tv

Livanda Hizbullah böhranı İsveçrədə keçirilən danışıqların ilk mövzusu olacaq.

Gunaz TV-nin məlumatına görə, CBS News-a danışan diplomatik mənbə bildirib ki, İsrail ilə Hizbullah arasında davam edən qarşıdurma ilə bağlı fövqəladə iclas İran və ABŞ arasında İsveçrədə keçirilən sülh danışıqlarının ilk gününün proqramına əlavə olunub.

Mənbənin sözlərinə görə, bu məsələ ABŞ və İran nümayəndə heyətləri arasında keçiriləcək ilk görüşün əsas mövzusu olacaq.

ABŞ vitse-prezidenti Cey Di Vens İsveçrəyə yollanıb, İran nümayəndə heyəti isə daha əvvəl bu ölkəyə çatıb. Danışıqlarda Qətər və Pakistan da vasitəçi qismində iştirak edir.

CBS qeyd edir ki, İsrail, Hizbullah və Livan hökuməti danışıqların tərəfi olmasa da, Vaşinqtonun bu məsələnin gündəliyə daxil edilməsinə razılıq verməsi ABŞ-ın yanaşmasında yeni mərhələyə işarə edir.

Pakistan Xarici İşlər Nazirliyi də Şahbaz Şərif və ordu komandanı Asim Munirin danışıqlarda iştirak etmək üçün İsveçrəyə getdiyini açıqlayıb.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar