SON XƏBƏRLƏR

Tramp: İranın nüvə silahını inkişaf etdirməsinin qarşısını almaq dünya böhranından daha vacibdir

2026.06.23, 09:51
Tramp: İranın nüvə silahını inkişaf etdirməsinin qarşısını almaq dünya böhranından daha vacibdir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehranın nüvə silahını inkişaf etdirməsinin qarşısını almaq üçün dünya iqtisadi böhranı və İrana qarşı hərbi əməliyyatları yenidən başlamaq riskinə getməyə hazırdır.

Gunaz.tv

O, bu açıqlamanı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən verib.

"Nüvə silahları iqtisadi depressiyadan daha vacibdir. İqtisadi depressiya həqiqətən pisdir. Nüvə silahları daha sürətli depressiyaya səbəb olacaq. Bunu etməyimiz depressiyanın qarşısını alır", - Tramp deyib.

O, həmçinin qeyd edib ki, İran müqavilənin şərtlərinə əməl etməsə, Vaşinqton sərt tədbirlər görməyə hazır olacaq.

"Əgər İran müqaviləyə əməl etməsə, əgər özlərini ləqayətsiz aparsalar, mən etməli olduğum şeyi edəcəyəm", - ABŞ lideri vurğulayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar