SON XƏBƏRLƏR

İsrail ordusu Livanın cənubunda İran tərəfindən maliyyələşdirilmiş və layihələndirilmiş tunel aşkar edib

2026.06.23, 10:27
İsrail ordusu Livanın cənubunda  İran tərəfindən maliyyələşdirilmiş və layihələndirilmiş tunel aşkar edib

İsrail ordusunun açıqlamasına görə, Livanın cənubundakı Məcdəl Zun qəsəbəsinin mərkəzində İran tərəfindən maliyyələşdirilmiş və layihələndirilmiş, Hizbullah terror təşkilatına məxsus bir tunel aşkar edilib.

Gunaz.tv

Bu tuneldən İsrail ərazisinə pilotsuz uçuş aparatları (PUA) buraxmaq üçün istifadə oluna bilər.

İsrail hərbi rəsmisinin sözlərinə görə, həmin hava vasitələri Tel-Əviv, Qüds və Hayfa kimi sıx məskunlaşmış şəhərlərə çata bilir.

Bu, İsrailin bu ay ərzində Livanda aşkar etdiyi Hizbullah terror təşkilatına məxsus ikinci tuneldir. Tuneldə 50-dən çox hücum dronu və səkkiz ton mina və partlayıcı ilə dolu otaq aşkar edilib.

IDF-in sözçüsü bildirib:

“Bu avadanlıqlar və obyektlər İrana məxsusdur və Hizbullahın İranın növbəti proksi qüvvəsi olduğunun sübutudur.”

O əlavə edib ki, bu, Livanın cənubunda aşkarlanan ən böyük tunellərdən biridir və burada raket qurğuları ilə yanaşı PUA-lar da tapılıb.

Şəhərin mərkəzindəki məsciddən cəmi 20 metr məsafədə yerləşən yeni tuneldə İsrailə qarşı istifadə olunmaq üçün dörd buraxılış platforması yerləşir.

Hərbi sözçü qeyd edib:

“Buraxılış məntəqəsi olan tunel tikmək İran üsuludur. Hizbullahın tunelləri yaxşıdır, lakin İranınkılar qədər deyil.”

O əlavə edib:

“İranlılar yeraltı qurğular tikməkdə çox yüksək bacarığa malikdirlər. Onlar İranda və Yəməndə husilər üçün də tunellər inşa ediblər.”

IDF-in məlumatına görə, yeni tunelin uzunluğu 200 metrdən, dərinliyi isə 25 metrdən artıqdır. Tuneldə dörd buraxılış şaxtası və yaşayış sahələri, partlayıcı maddələr, tank əleyhinə raketlər və pilotsuz aparatların saxlandığı 12 otaq yerləşir. Tunelin tikintisinin 10 il ərzində həyata keçirildiyi qeyd edilib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar