SON XƏBƏRLƏR

Rubio: İranın Hörmüz boğazından keçid üçün ödəniş tələb etməsinə icazə verilməyəcək

2026.06.23, 21:24
Rubio: İranın Hörmüz boğazından keçid üçün ödəniş tələb etməsinə icazə verilməyəcək

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ-la əldə olunacaq hər hansı yekun razılaşma çərçivəsində İrana Hörmüz boğazından keçid üçün ödəniş və ya rüsum tətbiq etməyə icazə verilməyəcək.

Gunaz.tv

Rubio bu barədə jurnalistlərə açıqlamasında danışıb.

beynəlxalq su yoludur. Heç bir ölkənin beynəlxalq su yolundan keçidə görə rüsum və ya hər hansı ödəniş tələb etməsinə icazə verilmir. Beynəlxalq hüququn qüvvədə olan normaları bunu nəzərdə tutur”, – deyə ABŞ dövlət katibi vurğulayıb.

Onun sözlərinə görə, bu qayda dünyanın bütün beynəlxalq su yollarına şamil olunur və Vaşinqton Hörmüz boğazı məsələsində də eyni yanaşmanın tətbiqini gözləyir.

“Buna görə də hesab etmirəm ki, kimisə buna inandırmağa ehtiyac var. Düşünürəm ki, regionun bütün ölkələri bu mövqeyimizi dəstəkləyəcək”, – deyə Rubio əlavə edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar