SON XƏBƏRLƏR

Tramp: Senatın səsverməsi İranla bağlı işləri çətinləşdirir, amma məqsədimə çatacağam

2026.06.24, 10:09
Tramp: Senatın səsverməsi İranla bağlı işləri çətinləşdirir, amma məqsədimə çatacağam

Senatda İranla bağlı hərbi səlahiyyətlər haqqında qanun layihəsi üzrə keçirilən səsvermə onun işini çətinləşdirib, lakin o məqsədlərinə yenə də nail olacağını vurğulayıb.

Gunaz.tv

Amerika prezidenti Donald Tramp bu barədə "Truth Social" platformasında paylaşdığı mesajda bildirib.

“Beləliklə, mən İranı tam məğlubiyyət həddinə çatdırmışdım, onlar təslim olmağa hazır idilər, bizə demək olar ki, hər şeyi verməyə razı idilər və onilliklər ərzində ilk dəfə ABŞ-a, onun Prezidentinə – MƏNƏ – böyük hörmət göstərirdilər. Amma ABŞ Senatı çox yanlış zamanda və mənasız olan Hərbi Səlahiyyətlər Aktı üzrə səsvermə keçirməyə qərar verdi. Bununla da dünyada terrorun bir nömrəli sponsoru olan ölkəyə mənim dayanmalı olduğum mesajı verildi və beləliklə düşmənə yardım və dəstək göstərilmiş oldu”, – deyə Tramp yazıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar