SON XƏBƏRLƏR

Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından olan Saleh Mollaabbasi vəfat edib

2026.06.24, 10:18
Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından olan Saleh Mollaabbasi vəfat edib

Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından olan Saleh Mollaabbasi Əhər şəhərində ürək tutması nəticəsində vəfat edib.

Gunaz.tv

O, bütün həyatı boyu Azərbaycan türklərinin milli varlığının qorunması və onların hüquqlarının əldə olunması uğrunda böyük fədakarlıqlar göstərmişdi. Xüsusilə Qaradağ bölgəsində milli hərəkatın təşkilatlanması və milli şüurun oyanışında mühüm rol oynamışdı.

Saleh Mollaabbasi siyasi məhbusların ailələrinin də daim yanında olub. Babək qalası mərasimləri zamanı saxlanılan fəalların ailələrinin və övladlarının qayğısına qalmağa çalışıb.

O, həmçinin Təbriz və Ərdəbildə siyasi məhbuslara dəstək məqsədilə keçirilən tədbirlərdə iştirak etmiş, Mürtəza Muradpurun aclıq aksiyasına dəstək məqsədilə Təbriz Mərkəzi Həbsxanası qarşısında keçirilən etiraz aksiyası zamanı isə saxlanılmışdı.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar