SON XƏBƏRLƏR

Tramp: İran danışıqlarda böyük güzəştlərə gedir

2026.06.24, 20:34
Tramp: İran danışıqlarda böyük güzəştlərə gedir

İranın nüvə obyektlərinə amerikalılar da gedəcək? ABŞ Prezidenti İranla danışıqlarda irəliləyişdən danışıb.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Vaşinqtonla aparılan danışıqlar zamanı mühüm güzəştlərə gedir.

Tramp çərşənbə günü jurnalistlərə deyib: “İran çox böyük güzəştlər edir və biz böyük fərqlə qalib gəlirik”.

O, əlavə təfərrüatlar açıqlamadan danışıqların nəticəsinin necə olacağını gözləmək lazım olduğunu bildirib.

ABŞ Prezidenti həmçinin “Fox News” telekanalına müsahibəsində deyib ki, amerikalı müfəttişlər Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri ilə birlikdə İranın nüvə obyektlərinə baxış keçirəcəklər.

Tramp İran rəsmilərinin yoxlamalara qarşı çıxması ilə bağlı açıqlamalarına cavab olaraq deyib: “Onlar razılaşırlar, bunu yazılı şəkildə təsdiqləyirlər, sonra isə gedib bunun doğru olmadığını deyirlər”.

O, bir daha vurğulayıb ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin yoxlamalarına razılıq verib.

Bu açıqlamalar İran rəsmilərinin Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə ABŞ və İsrailin hücumlarından sonra Agentliyin yoxlamalarına mane olduğu bir vaxtda səsləndirilib.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar