SON XƏBƏRLƏR

Rubio: ABŞ İranla razılaşma istəyir, amma “nəyin bahasına olursa olsun yox”

2026.06.25, 12:17
Rubio: ABŞ İranla razılaşma istəyir, amma “nəyin bahasına olursa olsun yox”

Vaşinqton İranla razılaşma əldə etmək istəyir, lakin “nəyin bahasına olursa olsun yox”.

Gunaz.tv

Bunu ABŞ dövlət katibi Marko Rubio cümə axşamı Bəhreynin paytaxtı Manamada Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin xarici işlər nazirləri ilə görüşü bildirib.

Rubio vurğulayıb ki, ABŞ Hörmüz boğazının hər hansı bir ölkənin nəzarətində olmasını qəbul etməyəcək. O əlavə edib ki, İranın boğazdan keçid üçün alınan ödənişləri rüsum və ya haqq kimi təqdim etməsinin fərqi yoxdur və bu məsələ “sadəcə terminologiya məsələsidir”.

ABŞ dövlət katibi qeyd edib ki, Vaşinqton əldə olunmuş razılaşmanın uğurlu olmasını istəyir. Bununla yanaşı, o bildirib ki, saziş çərçivəsində qəbul ediləcək bütün qərarlar ABŞ-ın müttəfiqlərinin və tərəfdaşlarının maraqları nəzərə alınmaqla veriləcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar