SON XƏBƏRLƏR

Reuters: İran müharibəsinin yaratdığı neft itkiləri İraqı OPEC-də daha yüksək kvota tələb etməyə sövq edir

2026.06.25, 12:19
Reuters: İran müharibəsinin yaratdığı neft itkiləri İraqı OPEC-də daha yüksək kvota tələb etməyə sövq edir

İraq İran müharibənin səbəb olduğu neft ixracındakı kəskin azalmanın yaratdığı ciddi maliyyə böhranı fonunda OPEC-dəki hasilat kvotasının əhəmiyyətli dərəcədə artırılmasını tələb edir.

Gunaz.tv

Bu barədə Reuters agentliyi cümə axşamı İraqın Neft Nazirliyinin yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

Rəsmi bildirib ki, əgər İraqın kvotası nəzərəçarpacaq dərəcədə artırılmasa, Bağdad bütün mümkün variantları nəzərdən keçirmək məcburiyyətində qalacaq.

Reuters-in məlumatına görə, İraq rəsmiləri ölkənin OPEC-dən çıxması ehtimalını da müzakirə ediblər. Lakin hazırkı plan təşkilatda qalmaq və daha yüksək hasilat kvotası əldə etməkdir.

Mənbələrin sözlərinə görə, İraq hökuməti hesab edir ki, müharibənin yaratdığı iqtisadi təzyiqlər fonunda ölkənin maliyyə ehtiyaclarını qarşılamaq üçün daha çox neft hasil edib ixrac etməsi zəruridir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar