SON XƏBƏRLƏR

Tramp üçün Ankara tam hazırlıq vəziyyətinə gətirilir

2026.06.26, 00:41
Tramp üçün Ankara tam hazırlıq vəziyyətinə gətirilir

Türkiyə NATO sammiti üçün geniş təhlükəsizlik tədbirləri görür.

Gunaz.tv

Günaz TV xəbər verir ki, Türkiyə NATO liderlərinin Ankarada keçiriləcək sammiti üçün geniş təhlükəsizlik tədbirləri hazırlayıb və paytaxtın bəzi əraziləri ciddi nəzarət altında olacaq.

Məlumata görə, sammitin təhlükəsizliyini təmin etmək üçün təxminən 40-44 min polis və təhlükəsizlik əməkdaşı cəlb ediləcək. Ankarada genişmiqyaslı təhlükəsizlik əməliyyatları da davam etdirilir.

Esenboğa hava limanı ətrafı, Beştəpədəki Prezident kompleksi, qonaqların yerləşəcəyi otellər və liderlərin keçəcəyi karvan yolları həssas bölgələr kimi xüsusi nəzarətə götürüləcək.

Həmçinin iyunun 28-dən iyulun 10-dək Ankarada mitinq, etiraz aksiyaları və oxşar toplantıların keçirilməsi qadağan edilib.

Sammit günlərində şəhərin bəzi əsas yolları məhdudlaşdırılacaq və ya bağlanacaq. Təhlükəsizlik, nəqliyyat və hava nəzarəti gücləndiriləcək.

Bu tədbirlərə baxmayaraq, Ankara tamamilə bağlanmayacaq. Lakin paytaxtın mərkəzi və həssas bölgələrində geniş məhdudiyyətlər tətbiq olunacaq.

 


GünAzTV
R.G

 

17 ildən sonra ilk dəfə; Tramp 1400 nəfərlik heyətlə Ankaraya gəlir

2026.06.25, 23:48

17 ildən sonra ilk dəfə; Tramp 1400 nəfərlik heyətlə Ankaraya gəlir

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar