SON XƏBƏRLƏR

İran deputatı: Tehranın tələbləri təmin olunana qədər BAEA müfəttişlərinə ölkəyə girişə icazə verilməyəcək

2026.06.27, 11:06
İran deputatı: Tehranın tələbləri təmin olunana qədər BAEA müfəttişlərinə ölkəyə girişə icazə verilməyəcək

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü bildirib ki, danışıqlar yekun mərhələyə çatana və Tehranın tələbləri yerinə yetirilənə qədər İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıq səviyyəsində heç bir dəyişiklik olmayacaq.

Gunaz.tv

Möhseni Sani BAEA-nın baş direktorunu “düşmən mövqe” sərgiləməkdə ittiham edərək bildirib ki, onun fəaliyyəti BMT Təhlükəsizlik Şurası və BAEA İdarəçilər Şurasında İrana qarşı qətnamələrin qəbul edilməsinə şərait yaradıb.

O deyib ki, İran hökumətini BAEA ilə əməkdaşlığı dayandırmağa məcbur edən qanuna əsasən, agentliyin yoxlama aparmaq istədiyi obyektlərə baxış keçirmək üçün ölkəyə daxil olmasına icazə verilməyəcək.

“Danışıqlar yekun mərhələyə çatana və İranın pozulmuş hüquqları tam şəkildə bərpa olunana qədər mövcud yanaşmada heç bir dəyişiklik olmayacaq”, – deyə o bildirib.

Möhseni Sani əlavə edib ki, BAEA rəsmilərinin açıqlamaları Tehrandakı yüksək səviyyəli rəhbərliyin qəbul etdiyi qərarlara təsir göstərməyəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar